Haqqımızda

ARBAY MMC HAQQINDA

ARBAY MMC informasiya texnologiyaları və komputer proqramlarının hazırlanması və tətbiqi sahəsində fəaliyyət gostərən bir şirkət kimi 2001-ci ildə dovlət qeydiyyatından keçmişdir. Şirkət aşağıdakı iri həcmli proqram komplekslərinin muəlliflik huququna malikdir.

1 .“Bakı Telefon Şəbəkəsinin Billinq Sistemi” (1998)
2. “Bakı Telefon Şəbəkəsinin Texniki Ucotu” (2000)
3. “Avtomatlaşdırılmış Təmir Burosu” (2001)
4. “ARBAY : Muhasibatlıq” (2001-2020)
5. “ARBAY : Kadrlar və Əmək Haqqı” (2001 - 2020)
6. "ARBAY : Mallar (analitik uçot)" (2001-2020)

“ARBAY : Mühasibatlıq” və “ARBAY : Kadrlar və Əmək Haqqı” isə Kənd Təsərrufatı Nazirliyinin Dövlət Baytarlıq Təchizatı Birliyində, Dovlət Dəmiryolunun “Yol Təsərrüfatı” Birliyində, Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsində və s. müəssisələrdə tətbiq olunub.
Şirkətin məhsulu olan iri həcmli digər proqram kompleksləri aşağıdakılardır:
Şirkətin hazırladığı “Cəzacəkmə Muəssisələri. Analitik–İnformasiya Sistemi” (2002) Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrasına Nəzarət Baş İdarəsində və butun cəzaçəkmə muəssisələrində istifadəyə verilib. Şirkətin məhsulu olan “Kadrlar. Analitik-İnformasiya Sistemi” (2004) Daxili İşlər Nazirliyi sistemində tətbiq olunub. Dəmiryol relslərində olan zədələrin aşkarlanması üçün şirkətin hazırladığı “Defektor” (2003) proqramı Dövlət Dəmiryol İdarəsində uğurla tətbiq olunub. Həmçinin şirkətin mütəxəssisləri tərəfindən Azərbaycanda ilk dəfə kompakt diskdə “Azərbaycan : Kim Kimdir ...” multimedia soraqçası hazırlanmışdır (1998). Şirkət iri həcmli proqram komplekslərinin yaradılması ilə yanaşı , veb-səhifələrin hazırlanması ilə məşğul olur. Şirkətin mutəxəssisləri öz məhsullarının hazırlanmasında Visual C#, Delphi, Android, PHP proqram sistemlərindən və MySQL, MSSQL, Oracle verilənlər bazalarından istifadə edirlər.